Modern.az

Koalisiya Ermənistanın cavab bəyanatını qınayıb

Koalisiya Ermənistanın cavab bəyanatını qınayıb

Aktual

10 Avqust 2023, 12:32

Azərbaycan QHT-lərinin təsis etdiyi "Environmental Protection First" (EPF) koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddəki Arazdəyən və Vedibasar rayonlarında metallurgiya zavodunun tikintisi ilə bağlı cavab bəyanatını qınayıb.

 

Modern.az xəbər verir ki, bu barədə koalisiyanın bəyanatında qeyd olunub.

 

Bildirilib ki, Azərbaycanla sərhəddə genişmiqyaslı metallurgiya zavodunun tikintisi beynəlxalq səviyyədə qəbul edilmiş, xüsusilə də BMT-nin Espoo Konvensiyasında qeyd olunmuş standartlara və prinsiplərə məhəl qoymur.

 

Vurğulanıb ki, Espoo Konvensiyası milli sərhədlərdən kənara çıxan ekologiya məsələlərini tanıyır və bu kimi hallarda beynəlxalq dialoqun vacibliyini vurğulayır: “Azərbaycan tərəfinin qarşılıqlı razılığı olmadan sərhəd boyunca belə bir obyektin tikintisi sərhədləri aşan vəziyyətlərdə ətraf-mühitə təsirlərin qiymətləndirilməsinə fokuslanan 1991-ci il Espoo Konvensiyasının açıq şəkildə pozulmasıdır”.

 

Bəyanatda əlavə olunub ki, həm Azərbaycan, həm də Ermənistan konvensiyanı ratifikasiya edib və konvensiyanın qaydalarına əsasən, zavodun tikintisi ilə əlaqədar ətraf-mühitin dəyərləndirilməsi hesabatı Azərbaycanın müvafiq qurumları tərəfindən yoxlanılmalıdır.

 

O da vurğulanıb ki, Ermənistan tərəfinin cavabı əməkdaşlıqdan imtina edilməsidir və Espoo Konvensiyasının pozulmasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı