Modern.az

Tanınmış aparıcı ATV-dən getdi: Bilib-bilmədən danışırlar...

Tanınmış aparıcı ATV-dən getdi: Bilib-bilmədən danışırlar...

Aktual

11 Avqust 2023, 10:06

Aparıcı Vüsalə Əlizadə illərdir çalışdığı ATV kanalından ayrılıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

 

"Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə ayrıldım.

 

2 aydır, bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər, hörmətli qərarlar sayğı duyularaq gözəldir və biz də belə ayrıldıq, çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə də kababı...

 

Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik", - deyə aparıcı qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı