Modern.az

Türkiyənin 218 sabiq deputatından “Disney”ə etiraz

Türkiyənin 218 sabiq deputatından “Disney”ə etiraz

Aktual

11 Avqust 2023, 22:52

Türkiyənin 218 sabiq deputatı “Disney Plus” şirkətinin “Atatürk” serialının beynəlxalq səviyyədə yayımını ləğvetmə qərarına etiraz olaraq bəyanat yayıblar.

 

Modern.az xəbər verir ki, “Disney Plus” şirkətinin bu qərarını dərin hiddət və təəssüf hissi ilə qarşıladıqlarını bildirən sabiq diplomatlar Mustafa Kamal Atatürkün dünyada dayanıqlı sülhün fəal dəstəkləyicisi olduğunu bildiriblər.

 

Bəyanatda qeyd olunub: “Serialın yayımının ləğv edilməsinin səbəbi xüsusilə Amerika Erməni Milli Komitəsinin (ANCA) lobbiçilik fəaliyyətləri ilə bağlıdır. “Disney Plus” yəqin ki, ANCA-nın türklərə qarşı sistemli şəkildə qarayaxma kampaniyaları yürütdüyünü və 1970-1980-ci illərdə dünyadakı türk diplomatlara qarşı sui-qəsdlər törədən ASALA terror təşkilatına dəstək verdiyini bilməkdədir. Şirkətin öz adının dolayı yolla da olsa, bir terror təşkilatı ilə hər hansı şəkildə əlaqələndirilməsindən çəkinmək üçün böyük həssaslıq göstərəcəyini ehtimal edirik.

 

Atatürklə əlaqədar beynəlxalq səviyyədə qəbul edilən yanaşma əsasında “Disney”dən UNESCO-nun 1981-ci ildə Atatürkün anadan olmasının 100-cü ildönümü münasibətilə qəbul etdiyi qərarı xatırlamasını istərdik. BMT-nin qərarında Atatürkün dünyada davamlı sülhün fəal dəstəkləyicisi olduğu, rəngindən, dinindən və irqindən asılı olmadan xalqlar arasında həmrəyliyin və əməkdaşlığın inkişaf etdirilməsi üçün fəal səy göstərdiyi qeyd olunub”.

 

Bəyanatı imzalayan 218 sabiq diplomat “Disney Plus” şirkətindən “Atatürk” serialını əvvəlcədən planlaşdırıldığı kimi yayımlamağı tələb edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı