Modern.az

Kirpini kəsib satmaq istədilər, polisə yaxalandılar

Kirpini kəsib satmaq istədilər, polisə yaxalandılar

Aktual

12 Avqust 2023, 14:07

Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verib.

 

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.

 

Onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı