Modern.az

"Açıq mikrofon"un növbəti ünvanları

Aktual

12 Avqust 2023, 15:58

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.

 

İB-dən Modern.az-a bildirilib ki, növbəti həftə avqustun 14 və 15-də, həmçinin avqustun 17-i və 18-də daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

 

Aksiya avqustun 14-də Samux rayonu, Çobanabdallı kəndində (kənd tam orta məktəbinin qarşısı), 15-də isə Göygöl rayonu, Hacıkənd kəndində (Nizami Gəncəvi Parkı ), avqustun 17-də Goranboy rayonu, Rəhimli kəndində (kənd tam orta məktəbinin qarşısı), avqustun 18-də isə Naftalan rayonu, Xan Qərvənd kəndində (Mirzə Məmmədov adına tam orta məktəbin qarşısı) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı