Modern.az

Prezident dəmir yolları ilə bağlı sərəncam imzaladı 

Prezident dəmir yolları ilə bağlı sərəncam imzaladı 

Aktual

12 Avqust 2023, 16:37

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 257; 2022, № 5, maddə 534) birinci hissəsində “Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri” sözləri “Cəfər Babayev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı