Modern.az

Azərbaycanda əhalinin neçə faizi pensiya alır?

Azərbaycanda əhalinin neçə faizi pensiya alır?

Aktual

14 Avqust 2023, 19:43

Bu il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı