Modern.az

Blogerin sağ qolunun qopduğu qəzanın anbaan görüntüləri

Blogerin sağ qolunun qopduğu qəzanın anbaan görüntüləri

Aktual

15 Avqust 2023, 11:06

Xəbər verdiyimiz kimi, “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. 29 yaşlı N. Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub.

 

Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda tanınmış blogerin düşdüyü yol qəzasının görüntülərini yayıb.

 

Görüntülərdə paytaxtın Heydər Əliyev prospektində bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobilin hərəkətdə olan yük maşınına çırpıldığı əks olunub.

 

Qeyd edək ki, hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşı, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

 

Qəzada ölən şəxs “Nikosayağı”nın dostu Ruslan Məmmədovdur. Onun Gəncədəki “İmperial” şadlıq evinin sahibi Şahin Məmmədovun oğlu olduğu bildirilir.

 

Görüntüləri təqdim edirik:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı