Modern.az

Xocavənddə 2 ton çətənə məhv edildi

Xocavənddə 2 ton çətənə məhv edildi

Aktual

17 Avqust 2023, 11:26

Xocavənddə 2 ton çətənə məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şexer kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

 

Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 128 kiloqram olan 3272 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı