Modern.az

Keçmiş məhkumdan silah aşkarlandı

Keçmiş məhkumdan silah aşkarlandı

Aktual

17 Avqust 2023, 13:14

Bakıda keçmiş məhkumdan silah götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança, 2 ədəd patron, 1 kiloqramdan çox heroin və 390 metadon həbi aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı