Modern.az

Daha bir qanunsuz kömür quyusu aşkarlandı

Daha bir qanunsuz kömür quyusu aşkarlandı

Aktual

19 Avqust 2023, 18:18

Lerikdə qanunsuz kömür quyusu aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində ekoloji mühitin qorunması məqsədilə keçirilən növbəti nəzarət tədbirlər zamanı qanunsuz ağac kömürü istehsal edilən kömür quyusunu aşkar ediblər.

 

Qanunsuz kömür istehsal edən şəxsin rayonun Daster kənd sakini İ.Abdullayev olması müəyyənləşdirilib.

 

Faktla bağlı protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib, qanunamüvafiq qaydada tədbirlər görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı