Modern.az

Rusiya Urojayneni geri almağa CƏHD ETDİ

Rusiya Urojayneni geri almağa CƏHD ETDİ

Aktual

20 Avqust 2023, 09:16

Rusiya ordusu son sutka ərzində bir neçə hücum cəhdi edib. İşğalçı qüvvələr Baxmut, Maryinka ətrafında və cənubda bu yaxınlarda azad edilmiş Urojayne kəndi ərazisində irəliləməyə cəhd edib.

 

Modern.az Ukrayna Silahlı Qüvvələrini Baş Qərargahının gündəlik xülasəsinə istinadən xəbər verir ki, Baxmut istiqamətində rusiyalılar Bohdanivkanın şimalına, eləcə də Klişçiyivkanın şimalına və cənubuna hücum etmək üçün uğursuz cəhd ediblər. Maryinski istiqamətində Müdafiə Qüvvələri Maryinka şəhəri yaxınlığında Rusiya işğalçılarının hücumunu dəf edib. Şaxtar istiqamətində qarşı tərəf Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda azad etdiyi Urojayne kəndi ərazisində itirilmiş mövqelərini bərpa etməyə uğursuz cəhd göstərib.

 

Eyni zamanda, Ukrayna hərbçiləri Melitopol və Berdyansk yönündə hücum əməliyyatını davam etdirir.

 

Ümumilikdə, son sutka ərzində 32 döyüş toqquşması qeydə alınıb.

 

Xatırladaq ki, Ukrayna ordusu bir neçə gün öncə Urojayneni işğaldan azad edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı