Modern.az

NATO Ukraynanın qələbəsinə inamını itirib - İDDİA

NATO Ukraynanın qələbəsinə inamını itirib - İDDİA

Aktual

20 Avqust 2023, 09:33

NATO Ukraynanın münaqişədəki qələbəsinə inamını itirib.

 

Modern.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu sözləri istefada olan britaniyalı polkovnik Riçard Kemp deyib.

 

"Yens Stoltenberq ofisinin rəhbəri Stian Yensen, sülh müqaviləsinin Kiyevin NATO-ya üzv olmaq müqabilində Rusiyanın lehinə ərazilərdən imtina etməsini nəzərdə tuta biləcəyini söylədi", - deyə o bildirib.

 

Britaniyalı polkovnik əmin olduğunu bildirib ki, NATO Baş Katibinin ofisinin rəhbərinin sözləri Qərb dövlətlərinin Ukrayna dövləti ilə bağlı real niyyətlərini əks etdirir, onları “daha ​​ucuza” və mümkün qədər tez satmaq niyyətindədirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!