Modern.az

Ukraynaya 42 "F-16" VERİLƏCƏK

Ukraynaya 42

Aktual

20 Avqust 2023, 17:07

Ukrayna birinci mərhələdə tərəfdaşlarından 42 ədəd "F-16" qırıcısı alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

 

"Mark Rutte (Niderandın Baş naziri - red.) və mən Ukraynaya veriləcək "F-16"ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır", - Prezident yazıb.

 

Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı