Modern.az

“X” “App Store” və “Google Play”dən SİLİNƏ BİLƏR

“X” “App Store” və “Google Play”dən SİLİNƏ BİLƏR

Aktual

20 Avqust 2023, 17:31

“X” (əvvəllər “Twitter”) qaydaları pozduğuna görə “App Store” və “Google Play” mağazalarından silinə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “X”in sahibi İlon Mask istifadəçilərə digər insanları bloklamağa imkan verən “qara siyahı” funksiyasından imtina etmək planları barədə danışıb. Bu isə bloklama sistemi, uyğun olmayan məzmun və istifadəçilərlə bağlı şikayətlər tələb edən “Android” və iOS proqram mağazalarının qaydalarını poza bilər.

 

Maskın sözlərinə görə, istifadəçilər tezliklə “X”də digər insanları tamamilə bloklaya bilməyəcəklər. Bunun əvəzinə şəxsi ismarışlara giriş məhdudlaşdırılacaq, istifadəçinin profili isə bloklanmış şəxslərdə görünəcək. “X”in rəhbəri qeyd edib ki, "qara siyahı"nın heç bir mənası yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!