Modern.az

Macarıstanla Azərbaycanı tarixi köklər bağlayır - VİDEO

Macarıstanla Azərbaycanı tarixi köklər bağlayır - VİDEO

Aktual

21 Avqust 2023, 09:24

Bakı Budapeştlə əlaqələrini gücləndirir. Ötən gün ölkə başçısı İlham Əliyevin Macarıstana səfəri  bu əlaqələrin daha da genişlənəcəyini bir daha sübut etdi.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

 

C.Feyziyev söyləyib ki, Macarıstanla Azərbaycanı tarixi əlaqələrə malikdir:


“Macarıstan Azərbaycanı tanıyan ilk dövlətlərdən biridir. 1991-ci ildə Macarıstan Azərbaycanı tanıdı. Macarıstanla Azərbaycan tarixi əlaqələrə malikdirlər. Eyni kökdən qaynaqlanan millətlərin yarandığı dövlətlərdir.  Bizim iqtisadi və siyasi əlaqələrimizin kökü dərindir".

 

Millət vəkili qeyd edib ki, Macarıstanla Azərbaycan arasında 50-dən çox dövlətlərarası sənəd imzalanıb.

 

“Macarısatn həmdə Türk Dövlətləri Təşkilatının üzvüdür. Həmdə bu təşkilatın Avropadakı ofisi Macarıstanda yerləşir. Bizim əlaqələrimizin daha da güclənməsi üçün işlər görülür. “-deyə Cavanşir Feyziyev bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı