Adolf Hitlerin doğulduğu və uşaqlıq illərini keçirdiyi bina Avstriyadakı evi polis idarəsi kimi istifadə ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.
Avstriya hökumətinin qərarı əsasında Almaniya ilə sərhəddəki Braunau şəhərində yerləşən binada oktyabrın 2-də təmir başlayacaq.
2026-cı ildə binaya polis əməkdaşları və hüquq müdafiəçilərinin yerləşdirilməsi planlaşdırılır.
Binanın təyinatının dəyişdirilməsi uzun illərdir müzakirə olunsa da, vəsait çatışmazlığına görə təxirə salınırdı. İndi hökumət bu işin təşkili üçün 20 milyon avro ayırıb.