Ukraynanın Azərbaycandakı səfirliyi Odessa vilayətində, o cümlədən yaxın ərazilərdə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə qurumun X-dəki səhifəsində paylaşım edilib.
Bildirilib ki, cari ilin 9 sentyabr tarixində səfirliyin konsulluq şöbəsi tərəfindən Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
Ünvan: Puşkinskaya küçəsi 54, “Azərbaycan evi”.
Qəbul vaxtı: 09:30-dan 13:30-dək.
Əlaqə telefonu: +380 99 408 99 43