Modern.az

İcmadan Çexiya XİN başçısının iddialarına CAVAB

İcmadan Çexiya XİN başçısının iddialarına CAVAB

Aktual

23 Avqust 2023, 00:22

Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Laçın yolunda “blokada”nın olması ilə bağlı avqustun 22-də səsləndirdiyi reallıqdan uzaq və qərəzli iddialarını qınayırıq.

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda bildirilib.

 

Məlumatda, həmçinin deyilir: “Biz Çexiyanı Ermənistanın yalan siyasətinə aldanmamağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və onun daxili işlərinə müdaxilə etməməyə çağırırıq.

 

Biz, həmçinin Çexiyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan yaratmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı