Modern.az

Hava şəraiti dəyişəcək, yağış yağacaq - Bu tarixdən...

Hava şəraiti dəyişəcək, yağış yağacaq - Bu tarixdən...

Aktual

23 Avqust 2023, 16:28

Bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...