Modern.az

Vardanyan Qarabağda, Saqatelyan İrəvanda yürüş keçirəcək

Vardanyan Qarabağda, Saqatelyan İrəvanda yürüş keçirəcək

Aktual

24 Avqust 2023, 09:06

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan sentyabrın 2-də, İrəvandakı Azadlıq meydanında mitinq keçiriləcəyini bəyan edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, mitinqin Qarabağdakı qondarma rejimin yaradılmasının növbəti ildönümü ilə bağlı təyin edildiyi qeyd olunub.

 İşxan Saqatelyan Ermənistan müxalifətini aksiyaya qoşulmağa çağırıb.

Digər məlumata görə, həmin gün Qarabağda da separatçılar yürüş təşkil etmək niyyətindədirlər.

Qarabağdakı aksiyanın təşkilatçısı kimi milyarder Ruben Vardanyanın adı çəkilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı