Modern.az

Oğuzda ağır qəza - Cinayət işi açıldı

Oğuzda ağır qəza - Cinayət işi açıldı

Aktual

25 Avqust 2023, 21:32

Oğuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.

Ətraflı

 

Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı