Modern.az

Metro qış rejiminə keçir - İnterval azalacaq

Metro qış rejiminə keçir - İnterval azalacaq

Актуально

25 Avqust 2023, 21:59

Metropolitendə sentyabrın 15-dən qış qrafikinə keçid olacaq.

 

Modern.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

 

Onun sözlərinə görə, qatarların sayı artırılmaqla interval azaldılaraq, “Həzi Aslanov-28 May” sahəsində interval 2-2,5 dəqiqəyə endiriləcək. “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” sahəsində isə qatarlar arasında interval, müvafiq olaraq, 4-5 dəqiqə təşkil edəcək.

 

H.Məmmədov əlavə edib ki, “8 Noyabr” istiqamətində qatarlar 8, “Xocəsən” stansiyasında isə 16 dəqiqə intervalla hərəkət edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı