Monitorinq Mərkəzinin bu gün səhər pik saatlarında olan məlumatına görə, küçə və prospektlərdə sıxlıqla əlaqədar marşrut xətlərində avtobuslararası intervallarda gecikmələr qeydə alınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-a bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:
1. “Bakı-Sumqayıt şosesi” – “Bakı Beynəlxalq Avtovağzal Kompleksi” – “Moskva prospekti” – “20 Yanvar dairəsi” istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərində avtobuslararası intervallarda 12-21 dəqiqə gecikmə müşahidə olunur.
2. Tbilisi prospekti – hər iki istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə var.
3. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə edilir.
5. Heydər Əliyev prospekti - şəhər istiqamətində kənar yolda sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.
6. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-13 dəqiqə gecikmə müşahidə olunur.
7. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.
8. Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə gecikmə qeydə alınır.
9. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti - Azneft dairəsi istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.
10. Dilarə Əliyeva küçəsində hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-11 dəqiqə gecikmə var.