Modern.az

Qadın polis şöbəsinə narkotik keçirmək istədi - FOTO

Qadın polis şöbəsinə narkotik keçirmək istədi - FOTO

Aktual

28 Avqust 2023, 11:18

Qazax Rayon Polis Şöbəsinin Qazaxda Müvəqqəti Saxlama Yerinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Qazax Rayon Məhkəməsinin qərarı ilə saxlanılaraq Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilən şəxsə narkotik vasitə keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Qazax rayon sakini olan 35 yaşlı Maral Osmanova Müvəqqəti Saxlama Yerində saxlanılan tanışı Elvin Mansurova geyim və digər gigiyenik əşyalar gətirib.

 

Əşyalar polis əməkdaşları tərəfindən yoxlanılan zaman nəm salfet qutusunun içərisindən 1 ədəd bükümdə, narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

 

1274514

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...