Modern.az

Metronun ilk xanım maşinisti işdən çıxarıldı - Telefonla danışırmış...

Metronun ilk xanım maşinisti işdən çıxarıldı - Telefonla danışırmış...

Aktual

28 Avqust 2023, 11:38

Bakı metrosunun ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.

 

Onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

 

“Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”, - Bəxtiyar Məmmədov deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı