Modern.az

Şəkidə bələdiyyə sədri cərimələndi - FOTO

Şəkidə bələdiyyə sədri cərimələndi - FOTO

Aktual

28 Avqust 2023, 11:50

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Qozlubulaq kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

 

Şəkidə bələdiyyə sədri cərimələndi - FOTO

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı