Modern.az

Cansu Bektaşa xüsusi hazırlanmış medal hədiyyə edildi

Cansu Bektaşa xüsusi hazırlanmış medal hədiyyə edildi

Aktual

28 Avqust 2023, 12:30

Azərbaycan Prezidenti İlham Əliyev apreldə Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandığı çempionluğu Azərbaycana həsr edən türkiyəli Cansu Bektaşa medalın xüsusi hazırlanmış surətini hədiyyə edib.

 

Modern.az Türkiyə ətbuatına istinadən xəbər verir ki, medalın təqdimat mərasimi Azərbaycanın Ankaradakı səfirliyində baş tutub.

 

Tədbirdə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü, vitse-prezidentlər İlkər Özkan, Yasin Arslan, həmçinin Cansu Bektaş və millinin məşqçisi Fərhat Coşkun iştirak ediblər.

 

Qeyd edək ki, aprelin 15-23-ü aralığında Ermənistanda keçirilən Avropa çempionatında Cansu Bektaş 45 kq çəki dərəcəsində 3 qızıl medal qazanıb. Aprelin 27-də Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gələn Türkiyə millisinin ağırlıqqaldıranları ertəsi gün ölkə başçısı ilə görüşüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı