Modern.az

Azad edilmiş ərazilərdə daha 348 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 348 mina aşkarlandı

Aktual

28 Avqust 2023, 13:00

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, avqustun 21-dən 27-dək-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

528,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı