Modern.az

Özbəkistanda təhsil alan tələbələr Azərbaycanda olublar - FOTOLAR

Özbəkistanda təhsil alan tələbələr Azərbaycanda olublar - FOTOLAR

Aktual

29 Avqust 2023, 12:08

Özbəkistanda təhsil alan bir qrup azərbaycanlı və özbək tələbə Azərbaycanın paytaxtı Bakıya səfər edib.

 

Modern.az xəbər verir ki, 22-25 avqust tarixində baş tutan səfərdə  Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 3 tələbəsi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin 4 tələbəsi iştirak edib. Səfər zamanı gəncləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru müşayiət edib.

 

Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət  edən qonaqlar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər. 

 

Qonaqlar ekskursiya proqramına uyğun olaraq Qız qalasını, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyini, Milli Azərbaycan Tarixi Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Özbəkistanlı gənclər Diasporla İş üzrə Dövlət Komitəsində  və Milli Məclisdə olublar. 

 

Tələbələr Azərbaycana səfərlərinə dəstək göstərən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər. 

 

Komitənin adından tələbələrə xatirə hədiyyələri təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı