Modern.az

Qeyri-yaşayış binalarının girişlərinə ünvan təyin ediləcək

Qeyri-yaşayış binalarının girişlərinə ünvan təyin ediləcək

Aktual

29 Avqust 2023, 16:08

Nazirlər Kabineti 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”də dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, bundan sonra Ünvan Reyestri İnformasiya Sistemində qeyri-yaşayış binalarının və onların tərkib hissələrinin girişlərinə ünvan təyin ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı