Modern.az

Şimşək çaxıb, leysan yağıb - Faktiki hava

Şimşək çaxıb, leysan yağıb - Faktiki hava

Aktual

29 Avqust 2023, 16:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 16:00-a olan məlumatına əsasən Maştağa, Binə, İsmayıllı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Oğuz, Xaltan, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, avqustun 29-da 14:20-dən 14:50-dək yağan leysan yağışla əlaqədar yağış suları yamaclarla axaraq Goranboy rayonunun Aşağı Ağcakənd və Böylü qəsəbələrinə daxil olub və nəticədə Gorançayın aşağı axınında sel əmələ gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı