Modern.az

“AYNA” informasiya sisteminin yaradılmasına başlanıldı

“AYNA” informasiya sisteminin yaradılmasına başlanıldı

Aktual

30 Avqust 2023, 09:10

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Prezident İlham Əliyevin əsasnaməsini ötən il dekabrın 30-da təsdiq etdiyi “AYNA” informasiya sisteminin yaradılması üçün açıq tender elan edib.

 

Modern.az xəbər verir ki, tenderdə iştirak haqqı 2 000 manatdır.

 

İddiaçılar ilkin sənədləri oktyabrın 3-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 11-i, saat 17:00-a qədər Agentliyin Bakı şəhəri, Hacı Məmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

 

Təkliflərə oktyabrın 12-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı