Ermənistan Respublikasının keçmiş müdafiə naziri Davit Tonoyan həbsdə qalacaq.
Modern.az xəbər verir ki, bu barədə Ermənstan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, hakim Vahe Dolmazyan Davit Tonoyanın həbs qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı qərarı dərc edib.
Qeyd edək ki, 2021-ci ilin sentyabrından həbs edilən Davit Tonoyan korrupsiyada - silahlı qüvvələrə məxsus 4,5 milyon dolları mənimsəməkdə ittiham olunur.
D.Tonoyan 2018-ci ildən 2020-ci ilin noyabrınadək müdafiə nazir işləyib.