Modern.az

Ölkəyə 5 kiloqramdan artıq gümüş gətirmək istədi, yaxalandı

Ölkəyə 5 kiloqramdan artıq gümüş gətirmək istədi, yaxalandı

Aktual

30 Avqust 2023, 13:44

Yük nəqliyyat vasitəsində gümüş zinət əşyaları aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsindən (DGK) Modern.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd klon, 134 ədəd boyunbağı-klon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5200 qram gümüş zinət əşyaları aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı