Modern.az

Ceyhun Bayramovdan Zəfər günü təbriki

Ceyhun Bayramovdan Zəfər günü təbriki

Aktual

30 Avqust 2023, 13:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

 

"Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur.

 

Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram", - paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı