Modern.az

Qırmızı Xaçdan azərbaycanlı itkinlərlə bağlı AÇIQLAMA

Qırmızı Xaçdan azərbaycanlı itkinlərlə bağlı AÇIQLAMA

Aktual

30 Avqust 2023, 16:22

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi 30 avqust Beynəlxalq İtkinlər Günü ilə bağlı açıqlama verib.

Modern.az-ın məlumatına görə, nümayəndəliyin açıqlamasında deyilir:

“Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3800-dən çox itkin düşmüş insan var. Onların on minlərlə ailə üzvü isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır.
 

Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil vermişik.
 

Həmçinin, biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı