İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 29-da hərrac keçirilib. Hərracda "Anar” ASC-nin 30 faizlik səhm paketi satılıb.
Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, lot üzrə təqdim edilən 5 ədəd “Chevrolet Niva” markalı avtomobilin start qiyməti 17 min 400 manat olsa da, ən son təklif 25 min 500 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 3250 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 4550 manata satılıb.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə //clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.