Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyən Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.
Təntənəli mərasimdə qardaş ölkənin Zəfər bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub.


