Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan bir qədər öncə Xankəndidəki qondarma rejimin rəhbərliyindən "istefa verdiyini" bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, feysbukda məlumat yayıb.
Arayik Arutunyan özü "istefa verməzdən" öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı "vəzifədən azad edib".
Separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib.
Belə ki, o, "dövlət naziri" postuna gətirilib.

***
Xankəndidə vəziyyət daha da gərginləşib. Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan və qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanın yaxın saatlarda "istefa verə biləcəkləri" gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Məlumatda daha sonra bildirilir ki, Arayik Arutyunyan və Qurgen Nersisyanın istefasından sonra separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçəcək.