Modern.az

Qarabağ separatçılarının yeni başçısı - Samvel Şahramanyan

Qarabağ separatçılarının yeni başçısı - Samvel Şahramanyan

Aktual

31 Avqust 2023, 13:22

Qarabağ separatçılarının rəhbərliyindən istefa verdiyini bəyan edən Arayik Arutyunyan bu addımı atmazdan öncə qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyan “dövlət naziri” təyin edib.


Modern.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV xəbər yayıb.


Qeyd edək ki, bundan əvvəl qondarma “dövlət naziri” Qurgen Nersisyan postundan çıxarılmışdı.



Beləliklə, bu gündən Qarabağ separatçılarının rəhbəri Samvel Şahramanyan olub.

 

Şahramanyan İrəvanda Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki "universitet"ə keçib və 1999-cu ildə oranı bitirib.

 

1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. 2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb. 29 may 2020-ci il tarixində “general-mayor” olub.

 

O, Qarabağdakı separatçı dəstənin “təhlükəsizlik xidmətinin direktoru", Ermənistanın hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi