Modern.az

11 illik bazadan kolleclərə sənəd verən abituriyentlərə XƏBƏR VAR

11 illik bazadan kolleclərə sənəd verən abituriyentlərə XƏBƏR VAR

Aktual

31 Avqust 2023, 14:04

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib.

Modern.az-ın məlumatına görə, jurnalda 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.


Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

“Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2022-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” “Abituriyent” jurnalının 2022-ci il 10-cu nömrəsində dərc edilib.


Jurnalın elektron versiyasını (pdf formatda) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinə tam (11 illik) orta təhsil bazasında ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı