Modern.az

Ermənistanın təxribatları həddini aşıb - SƏFİR

Ermənistanın təxribatları həddini aşıb - SƏFİR

Aktual

1 Sentyabr 2023, 13:24

“Ermənistanın təxribatları həddini aşıb”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X”də yazıb.

 

O bildirib ki, İrəvanın təxribatları Azərbaycanın xoş niyyətinə xələl gətirir.

 

Diplomat xatırladıb ki, bu gün Ermənistanın növbəti təxribatı nəticəsində 3 Azərbaycan hərbçisi yaralanıb.

 

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə 3 hərbçimiz yaralanıb.

 

Sərhəddə təxribat törədən 2 erməni hərbçisi məhv edilib, 1-i isə yaralanıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı