Modern.az

UNEC-ə qəbul olanların nəzərinə

UNEC-ə qəbul olanların nəzərinə

Aktual

1 Sentyabr 2023, 14:18

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunan abituriyentlər sentyabrın 5-dən 14-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

 

Bu barədə Modern.az-a universitetdən məlumat verilib.

 

Bunun üçün UNEC-in rəsmi saytına (//unec.edu.az/) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sənədlərini elektron formada sistemə yükləməlidirlər. Bundan əlavə, abituriyentlər //portal.edu.az/ platformasında da qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

Qeyd olunan müddətdə hər iki portaldan qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı