Modern.az

“Kəpəz” tanınmış futbolçunu transfer etdi

“Kəpəz” tanınmış futbolçunu transfer etdi

Aktual

1 Sentyabr 2023, 17:54

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Modern.az Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı Georgi Papunaişvili "sarı-göylər"in şərəfini qoruyacaq.

 

27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Tbilisi “Dinamo”sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da çıxış edib, İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. O, Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb və Gürcüstan yığmasında 12 oyuna 2 qol vurub.

 

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Papunaişvilinin son klubu ölkəsində “Telavi” olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı