Qızılağac milli parkının turizm marşrutlarından biri Kiçik Körfəz marşrutudur.Körfəzə Qızılağac Milli parkının idarəsindən kanal vasitəsilə birbaşa səyahət etmək olur.
Kiçik Körfəz ona axan çaylar vasitəsilə qidalanır. Bu çaylar Boladı, Qumbaşı, Kor və Viləş çayıdır. Viləş bənd dəryaçasında su norma əsasında Kiçik Körfəzə sərbəst axıdılır. Kiçik Körfəzin sahəsi 10.7 min ha olmaqla orta hesabla suyun dərinliyi 2.5 metrə çatır. Yay aylarında havanın temperaturunun təsirindən körfəzdə suyun səviyyəsi tədricən aşağı düşür, suyun çəkilən yerlərində isə au bitkilərində adi qamış, dala və çayır bitkiləri əmələ gəlir.
Kiçik Körfəz Xəzər dənizindən Nərimanabad və Liman dambası ilə ayrılır. Körfəzin suyu şirin su olması ilə bərabər hal – hazırda 3 keçici kanal vasitəsilə Böyük Körfəzə birləşir. Həmin kanallar, balıqkeçici su ötürücü kanal və qəza kanlları vasitəsilə su Böyük Körtfəzə axır. Bu kanallarda şlyuzlar qoyulmuşdur ki, suyun səviyyəsi körfəzdə sabit qalsın və balıqların yaşaması üçün şərait yaransın.
Keçən illə müqayisə etsək Böyük Körfəzə birləşən kanallarda olan şlyuzların bir qismi təmir olunmuş bunun nəticəsində suyun Kiçik Körfəzdən Böyük Körfəzə axının qarşısı alınmışdır. Kiçik Körfəzdə bu il keçən ilə nisbətən suyun səviyyəsi artdığından körfəzin florasında üstünlük təşkil edənlər su yosunlarıdır və onlar iki ekoloji yerdə məskunlaşır. Bunlar bentiki və blanknot yosunlarıdır. 57 növ blanknot yosunları ayırd olunmuşdur.
Kiçik Körfəzdə əmələ gəlmiş yosunlar və müxtəlif su bitkiləri su bioresursları su quşları üçün ən əvəzolunmaz yemlərdir. Kiçik Körfəz və Böyük Körfəzdə bitən yosunların növlər üzrə araşdırmaq üçün 27.07.2022 – il tarixində Azərbayacan Botanika universitetinin alqologiya və lixenologiya labaratoriya biologiya üzrə Fəlsəfə doktoru Şəkər Muxtarova , molekulyar biologiya və biotexnologiya instutu fotobioenergetika labaratoriyasının müdir biologiya elmləri doktoru Feyziyev Yaşar və onlarla yanaşı 2 elmi əməkdaş Milli Parkın ərazisindən götürülmüş nümunələri, yosunların növləri barədə aparılan araşdırmadan sonra Milli Parka məlumat verəcəklərini bildirdilər.
Məlumat üçün bildiririk ki, körfəz ərazisində bitən su bitkiləri həddindən artıq sürətlə inkişaf etdiyindən keçən illə müqayisədə 2023 - ci ildə iyun, sentyabr, avqust aylarında suyun üst qatı bitki örtüyü ilə örtülmüşdür. Müşahidə zamanı qayıqların hərəkətinə maneə törədir. Kiçik körfəzdə bu il üç yerdə müxtəlif növ quşların çox sıx inkişaf etmiş bitkilərinin üzərində geniş koloniyalar yaranmışdır. Milli Parkda turistlər qayıqlar vasitəsilə asanlıqla və rahatlıqla körfəz ərazisində olan müxtəlif növ quşların yuvalarını və yuvada balarının hərəkətini müşahidə etməklə istirahət edirlər. Turistlər əsasən su marşrutları ilə səyahət etməyə üstünlük veririlər.