Modern.az

Ötən sutka 3 azyaşlı olmaqla 9 nəfər xilas edildi

Ötən sutka 3 azyaşlı olmaqla 9 nəfər xilas edildi

Aktual

4 Sentyabr 2023, 11:48

Fövqəladə Hallar Nazirliyi (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 50 halda yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfəri xilas ediblər. Həmçinin paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsi yaxınlığında dənizdə batan bir nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı