Modern.az

“Azərbaycan dili və Ədəbiyyatı” Forumunun əhəmiyyəti böyükdür

“Azərbaycan dili və Ədəbiyyatı” Forumunun əhəmiyyəti böyükdür

Aktual

4 Sentyabr 2023, 11:52

Sentyabrın 1-dən sentyabrın 3-nə kimi ölkəmizdə H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan dili və Ədəbiyyatı” Forumu keçirilib.

Sentyabrın 1- də Şamaxıda açılan Forum sonrakı iki gün ərzində paytaxtımızın Gülüstan Sarayında öz işini davam etdirib. Bir-birindən maraqlı panel müzakirələri açıq dialoq və səmimi polemika şəraitində keçib.

Mədəniyyətin müxtəlif istiqamətləri üzrə aktual problemlərin müzakirə olunduğu panel toplantılarında görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri maraqlı çıxışlar ediblər.

 

““Azərbaycan dili və Ədəbiyyatı” Forumu çağdaş Azərbaycan ədəbiyyatının klassik ənənələri və müasir innovativ trendləri, qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunması və inkişaf etdirilməsi mexanızmləri, teatr və kino sənayesinin inkişafında ədəbiyyatın rolu, nitq mədəniyyətinin inkişaf etdirilməsi, mütaliə vərdişlərinin aşılanması və stimullaşdırılması və s kimi vacib məsələlər çıxışların əsas mövzularını təşkil edib. ”, -bu fikirləri mətbuata açıqlamasında millət vəkili Cavanşir Feyziyev bildirib.

 

Deputat əlavə edib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunmuş Forum ölkənin mədəni həyatında böyük mədəni hadisə effekti yaradıb.

 

“Belə Forumların hər il keçirilməsi ziyalıların və yaradıcı adamlarımızın milli mədəniyyətimizin inkişaf etdirilməsindəki rolunu daha da fəallaşdıra və yeni yaradıcılıq uğurlarına gətirib çıxara bilər. 2020- ci ilin hərbi uğurlarının elm və mədəniyyət, ayrılıqda ədəbiyyat sahəsində uğurlarla tamamlanması ölkəmizdə mədəni-sosial həyatın daha yüksək pilləyə qaldırılmasını təmin edəcək mühüm bir mərhələdir. Bu mərhələdə bütün yaradıcı ziyalılarımıza uğurlar arzulayıram.”-deyə Cavanşir Feyziyev əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı