Modern.az

“Azəriqaz”ın rəhbərliyi Şirvanda sahibkarlarla görüşəcək

“Azəriqaz”ın rəhbərliyi Şirvanda sahibkarlarla görüşəcək

Aktual

4 Sentyabr 2023, 12:46

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şirvan şəhərində keçiriləcək.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Birliyin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq.

 

Aksiya Hacıqəhrəmanlı qəsəbəsində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

 

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı