Modern.az

“Abituriyent” jurnalının 8-ci nömrəsi nəşr edildi

“Abituriyent” jurnalının 8-ci nömrəsi nəşr edildi

Aktual

5 Sentyabr 2023, 17:46

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr edib.

 

DİM-dən Modern.az-a bildirilib ki, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

 

Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı